Modern.az

Bolqarıstan prezidenti Azərbaycana gəlib

Bolqarıstan prezidenti Azərbaycana gəlib

14 Noyabr 2011, 14:01

Bu gün Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanov Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Modern.az Azərbaycan prezidentinin rəsmi internet saytına istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanovu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. 
Milli geyimli uşaqlar Bolqarıstan prezidentinə gül dəstəsi təqdim ediblər.
Hava limanının  ali qonaqlar üçün salonunda prezident Georgi Pırvanov və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

 

Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama