Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamendən Modern.az-a verilən məlumata görə noyabrın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, axşam və gecə saatlarında yarımadanın bəzi yerlərində az yağışlı olacağı gözlənilir. Gündüz güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-5 dərəcə isti, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gecə və axşam Lənkəran-Astara zonasında yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta təşkil edəcək.
Hava şəraitinin qısa icmalı gəlincə noyabrın 17-də Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.
Modern.az