Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın holland baş məşqçi Quus Hiddinklə müqavilənin qarşılıqlı şəkildə ləğv edildiyini rəsmi olaraq açıqlayıb.
Modern.az saytının məlumatına görə, TFF-nin rəsmi internet saytında bununla bağlı məlumat yerləşdirliib.
"Türkiyə Futbol Federasiyası İdarə Heyəti ilə milli komandanın baş məşqçisi Quus Hiddink arasında keçirilən görüşlər nəticəsində Hiddinkin müqaviləsi qarşılıqlı olaraq ləğv edildi.
Hörmətli Quus Hiddinkə vəzifədə olduğu müddətdəki xidmətlərinə görə təşəkkür edir, sağlam və xoşbəxt bir həyat diləyərik.
Milli komandanın yeni baş məşqçisi və administrativ heyəti ilə əlaqədar məlumatlar ictimaiyyətə açıqlanacaq”
Modern.az