Modern.az

Prezident İlham Əliyev Oğuz rayonuna gedib

Prezident İlham Əliyev Oğuz rayonuna gedib

16 Noyabr 2011, 17:11

Prezident İlham Əliyev noyabrın 16-da Oğuz rayonuna səfərə gedib. Modern.az xəbər verir ki, Prezident mərhum dövlət başçısı Heydər Əliyevin Oğuz şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, abidənin ətrafında yaşıllıq zolağı salınıb, ağac və bəzək kolları əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb.

Daha sonra ölkə başçısı Oğuz şəhər mədəniyyət və istirahət parkının açılışında iştirak edib. 

Dövlət başçısına məlumat son illər Oğuzda sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri, onların istirahəti üçün mühüm işlər görüldüyü məlumat verilib. 

Qeyd edilib ki, tikintisinə 2008-ci ildə başlanılan, ümumi sahəsi iki hektar olan parkın giriş qapısının üzərində dövlət bayrağının təsviri əks olunub. Parkda örtülü kölgəliklər, su hovuzları və biri musiqili olmaqla beş fəvvarə, uşaq əyləncə meydançası qurulub. Mədəniyyət və istirahət parkında yaradılan 120 yerlik amfiteatrda müxtəlif tədbirlərin, o cümlədən konsert proqramlarının təşkili üçün geniş imkanlar var. Burada, həmçinin gümbəz formasında 12 istirahət guşəsi yaradılıb. 

Parkda geniş abadlıq-quruculuq işləri həyata keçirilib, səkilər salınıb, yaşıllaşdırma işləri görülüb, dekorativ gül kolları və ağaclar əkilib. 

Prezident İlham Əliyevə eyni zamanda parkın yaxınlığında, Heydər Əliyev prospektinin başlanğıcında yaradılan Bayraq Meydanı haqqında da məlumat verilib. 

Ümumi ərazisi min kvadratmetr olan meydanın inşasına 2011-ci ilin avqustunda başlanılıb. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bu isə Azərbaycanın dövlət bayrağının Oğuz şəhərinin bir çox yerindən görünməsinə imkan yaradır. Bayrağın uzunluğu 15, eni isə 7,5 metrdir. Bayraq dirəyinin ətrafında ərazisi 200 kvadratmetr olan təbii qranitdən meydança, 300 kvadratmetr beton daşlarla üzlənmiş sahə, 500 kvadratmetr yaşıllıq zolağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Bundan başqa, meydanın ətrafında 3,5 min kvadratmetrədək ərazidə abadlıq işləri aparılıb yollar genişləndirilib. 

Dövlət başçısı parkda Oğuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. 

Rayon sakini Xalid Babayev oğuzlular adından Prezident İlham Əliyevə minnətdarlıq edib və sonda xatirə şəkli çəkdirilib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama