Modern.az

Kanadada Azərbaycanla parlamentlərarası əlaqələr müzakirə olunub

Kanadada Azərbaycanla parlamentlərarası əlaqələr müzakirə olunub

17 Noyabr 2011, 10:19

Dünən yeni şağırış Kanada parlamentinin üzvlərinin iştirakı ilə Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun iclası keçirilib.

AzərTac xəbər verir ki, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu 2006-cı ildən fəaliyyət göstərir və bugünkü görüş 2011-ci ilin mayında Kanadada keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra qrupun ilk iclasıdır.
İclasda hakim Mühafizəkarlar Partiyasının üzvü Barri Devolin Dostluq Qrupunun yeni sədri seçilib.

B.Devolin 2008-ci ildə Kanada parlamentinin nümayəndə heyətinin üzvü qismində Azərbaycanda səfərdə olub.

Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev iclasda iştirak edib.

Səfir çıxışında parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafı üçün faydalı olacağını vurğulayıb. O, Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama