Modern.az

Bakıda Nazirlər Konfransı keçiriləcək

Bakıda Nazirlər Konfransı keçiriləcək

17 Noyabr 2011, 11:58

Gələn həftə Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) 10-cu ildönümünə həsr edilmiş  Nazirlər Konfransı keçiriləcək.  Tədbirdə on ölkənin uğurlu əməkdaşlığı qeyd olunacaq. Bu əməkdaşlıq sayəsində bütün region üzrə insanların həyatının yaxşılaşdırılması üçün enerji, ticarət və nəqliyyat sektorlarına CAREC-lə bağlı 17 milyard dollar vəsait qoyulub.

2002-ci ildə CAREC Proqramına üzv olduqdan bəri Azərbaycan bütün regionda insanların həyatının yaxşılaşdırılmasına kömək edən CAREC layihələrinə 3 milyard dollara yaxın sərmayə qoyub. CAREC-in geniş yol və dəmir yolu şəbəkəsi insanları və ticarəti Çin Xalq Respublikasından tutmuş Qafqaza və Avropaya və Qazaxıstandan tutumuş Karaçinin isti limanlarına və qlobal bazarlara daşımaq imkanı verir.

 CAREC Proqramı çərçivəsində Azərbaycanın Şərq-Qərb magistral yolunu müasirləşdirməsi bu vacib nəqliyyat arteriyasının Xəzər dənizi ilə Qara dəniz arasında effektiv koridora çevrilməsinə və  Avropa ilə Asiya arasında ticarəti təbliğ etməsinə yardım göstərib. Təkmilləşdirilmiş yollar yerli kənd təsərrüfatı və sənaye sektorlarını dirçətltməyə yardım edir və neft gəlirlərinin faydasını genişləndirir.

“Yol tikintisi Azərbaycanın ölkə daxilində və ölkədən kənarda ticarətin və həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı götürdüyü öhdəlikləri nümayiş etdirir” - deyə Asiya İnkişaf Bankının Azərbaycandakı Nümayəndliyinin rəhbəri Olli Noroyono qeyd edib. “Bu tədbirə ev sahibliyi etməklə, Azərbaycan hökuməti daha dərin regional əməkdaşlıq əldə etmək istədiyini məmnuniyyətlə nümayiş etdirir”.

Nazirlər Konfransı 23-24 noyabr tarixlərində keçiriləcək.  2008-ci ildə CAREC Proqramına üzv olan ölkələrin toplantısına ev sahibliyi edən Azərbaycan ikinci dəfədir ki, belə  bir tədbiri təşkil edir.

CAREC ölkələrindən olan  nazirlər və yüksək vəzifəli şəxslər ilk 10 il ərzində əldə olunan nailiyyətləri qeyd edəcəklər. Nazirlər həmçinin regionda insanların və ticarətin sürətlə və daha effektiv bir şəkildə sərhədlərdən keçməsini təmin edən əsl interqrasiya və qloballaşma ilə bağlı öz fikirlərini bölüşəcəklər.

Konfransda növbəti 10 il üçün CAREC 2020 strategiyasına start veriləcək. Yeni strategiya ölkələrə  qlobal iqtisadiyyat çərçivəsində ticarəti genişləndirməyi və rəqabətə davamlılığı artırmağa kömək edəcək və Mərkəzi Asiyanı regional ticarətin mərkəzi kimi təqdim edəcək.

Növbəti 10 il üçün CAREC layihələrinin maliyyələşdirilməsi məsələsi Yaponiya, ABŞ, Böyük Britaniya və digər ölkələrdən olan donor agentliklərinin nümayəndələri tərəfindən İnkişaf Tərəfdaşları Forumunda müzakirə ediləcək.

CAREC aşağıdakı ölkələrdən ibarətdir: Əfqanıstan, Azərbaycan, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan.  CAREC-in fəaliyyətini altı beyənlxalq qurum dəstəkləyir: AİB, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı. AİB 2001-ci ildən CAREC-in Katibliyi kimi xidmət göstərib.

AİB Manilada yerləşir və qurumun əsas məqsədi hərtərəfli iqtisadi artım, ekoloji cəhətdən davamlı inkişaf və regional inteqrasiya yolu ilə Asiya və Sakit Okean hövzəsində yoxsulluğun azaldılmasıdır. 1966-cı ildə təsis edilən AİB-in 67 üzvü var. Bunlardan 48-i Asiya və Sakit Okean regionunda yerləşir. 2010-cu ildə, kreditlər, qrantlar, zəmanətlər, ticarətin stimullaşdırılması proqramı, investisiyalar və texniki yardım layihələri vasitəsilə AİB 13,8 milyard ABŞ dolları dəyərində vəsait ayırıb. AİB-in birgə maliyyələşmə üzrə apardığı əməliyyatlar isə 3,7 milyard ABŞ dolları təşkil edib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama