Modern.az

ABŞ-ın Azərbaycandakı səfirliyi mətbuatdakı bir qeyri-dəqiq xəbərə aydınlıq gətirdi

ABŞ-ın Azərbaycandakı səfirliyi mətbuatdakı bir qeyri-dəqiq xəbərə aydınlıq gətirdi

17 Noyabr 2011, 15:56

ABŞ-ın Azərbaycandakı Səfirliyi Avrasiya Enerji məsələləri üzrə ABŞ-ın xüsusi nümayəndəsi səfir Riçard Morninqstarın noyabrın 15-i tarixində Bakıda keçirdiyi mətbuat konfransında ifadə etdiyi bəyanatı ilə bağlı mətbuatda əks olunan qeyri-dəqiq məlumata aydınlıq gətirən açıqlama yayıb.

Səfirlikdən Modern.az-a verilən açıqlamaya görə, səfir Morninqstar Azərbaycanın təbii qazını Avropaya nəql edəcək və kommersiya baxımından həyata keçirilə bilən və strateji baxımdan mühüm olan bir və ya bir neçə boru kəməri layihələrindən ibarət olan Cənub Dəhlizinə (Nabucco) ABŞ-ın dəstəyini belə vurğulayıb.
“Nabucco çox arzulanan siyasi və strateji alternativ olaraq qalır. Hər bir boru kəməri layihəsi kimi o da kommersiya baxımından həyata keçirilə bilən olmaldır. Nəhayətdə Gürcüstan və Türkiyə ərazisindən keçməklə nəql olunacaq böyük həcmdə qaz mövcud olacaq. Əgər “Şahdəniz” qazını Avropaya nəql etmək üçün nisbətən kiçik boru kəməri layihəsi seçilərsə, inanırıq ki, o, Avropada ehtiyacı olan ölkələri qazla təmin etməlidir, həmçinin konkret yazılı zəmanətlər olmalıdır ki, daha çox qaz hasil olunduqca, bu boru kəməri genişləndiriləcəkdir. Biz Cənub Dəhlizi çərçivəsində bu şərtlərə cavab verən istənilən layihəni dəstəkləyəcəyik”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama