Modern.az

Türk döyüş idman federasiyasının rəhbərləri Bakıda deputatla görüşüblər

Türk döyüş idman federasiyasının rəhbərləri Bakıda deputatla görüşüblər

17 Noyabr 2011, 16:04

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyi Bakıda səfərdə olan  Türk Döyüş idman   növü – Sayokan Dünya Federasiyasının rəhbəri Yabğu Nihat  İgid, DSF-ın prezidenti Doç. Dr. Unal Ozdemir ( Karabük Universitetinin professoru), DSF-ın vitse-prezidenti  Yrd. Doç. Dr. Mücahit Coşqun və Azərbaycan Soyakan Federasiyasının rəhbəri Vasif Namazovla görüşüb.

Qonaqları salamlayan Şura sədri millət vəkili Fuad Muradov bildirib ki, Azərbaycanla Türkiyə hər zaman tarixə söykənən qardaşlıq münasibətlərinin inkişafı istiqamətində ciddi addımlar atıblar. Bu gün də həmin addımlar Azərbaycan və Türkiyə prezidentləri tərəfindən yüksək şəkildə davam etdirilir: “İstər idman, istər mədəniyyət, istər digər sahələrdə daim bir-birimizə dəstək verməyə həmişə hazırıq. Ortaq dəyərlərimizin inkişafında Azərbaycan həmişə maraqlıdır və bu işdə də öz töhfəsini verir. Düşünürəm ki, Sayokan Türk Döyüş növünün Azərbaycanda yayılmasına və inkişafına biz öz tərəfimizdən lazımı dəstəyi verəcəyik”.

Öz növbəsində verdiyi dəstəyə görə,  ARGTMŞ-nın rəhbərliyinə təşəkkür edən Sayokan Dünya Federasiyasının rəhbəri  Yabğu Nihat  İgid bildirib ki, türk  birliyinin güclənməsində  idmanın da rolu çox böyükdür.

ARGTMŞ-nın idarə heyətinin üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov qeyd edib ki, bu gün Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən böyük dəstək verilir: “Demək olar ki, idmanın bütün sahələri ölkəmizdə yüksək inkişaf mərhələsindədir. Ümid edirəm ki, milli dəyərlərimizdən qaynaqlanan bu idman növü də Azərbaycan gənclərində yüksək maraq doğuracaq”.

Görüşdə qonaqlar və  ARGTMŞ-nın sədr müavini,  Dünya Gənclər Bankının regional ofisinin rəhbəri Vüsalə Hüseynli, ARGTMŞ-nın büro üzvü “Bakı Gənclər Klubu”nun sədri Azər Cavadov da türk dünyasının inkişafında gənclərin verdiyi töhfələr barədə fikir bildiriblər.



Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama