Modern.az

Prezident İlham Əliyev Qax rayonunda açılışlar edib

Prezident İlham Əliyev Qax rayonunda açılışlar edib

17 Noyabr 2011, 17:18

Prezidenti İlham Əliyev noyabrın 16-da  Qax rayonuna səfər  edib. Modern.az Prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə mərhum prezident Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Daha sonra  İlham Əliyev Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak edib. Prezident Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin planına baxıb. Prezidentə məlumat verilib ki, sistemin inşası 2013-cü ildə yekunlaşacağı bildirilib. Prezident a Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməlini  qoyub.

Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış tağvari metal körpünün açılışı mərasimində iştirak edib. 
Dövlət başçısı “ Qax şəhərinin və Əlibəyli kəndinin sel sularından mühafizəsinin baş planı”na baxıb.
Prezident həmçinin İlisu kəndinin daşqınlardan mühafizəsinə dair işçi layihə ilə də tanış olub və körpünün  rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev Qaxda “El Resort” mehmanxanasının açılışında iştirak edib. Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.  

Prezident İlham Əliyev Qax şəhərindəki “İçəribazar” qala kompleksində tikinti və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə də tanış olub.  

Prezidenti İlham Əliyev  Qax rayonunda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Prezident  metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı. 
Dövlət başçısı mərkəzin tikintisinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

İlham Əliyev  “Qax-Avto” MMC-nin avtovağzal kompleksinin açılışında iştirak. Prezident avtovağzalın rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısı köhnə və yeni avtovağzalın görüntülərini, eləcə də kompleksə daxil olan yardımçı binaları əks etdirən stendlərə baxıb. 
İlham Əliyev  perronda müxtəlif istiqamətlərdə hərəkət edəcək avtobuslara baxıb və görülmüş işlərdən razı qaldığını bildirib.

Prezident İlham Əliyev həmçinin  Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama