Piter Luigi Malesani Müşahidə Şurasının son iclasında “Euronews” kanalının yayım dillərinin artırılması məsələsinin müzakirə olunduğunu və Şuranın bunun icrası ilə bağlı baş direktor Maykl Pitersə səlahiyyət verdiyini deyib.
"Bununla bağlı müraciət edən ölkələr çoxdur, amma bu ölkələr arasında Azərbaycan prioritet sıradadır"-deyə P.L.Malesani bildirib. Malesani Avropanın Azərbaycan barədə daha çox məlumat əldə etməsində "Euronews" kanalının gözəl vasitə olduğunu qeyd edib.
Yaxın zamanlarda isə "Euronews"un xəbər buraxılışlarının və bir neçə proqramın İctimai Televiziya vasitəsilə Azərbaycan dilində yayımına başlanılacaq. "Euronews" kanalının İcraedici Şurasının baş direktoru Maykl Piters Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsinə hazırlıqları ilə bağlı həftəlik verilişin də yayımının nəzərdə tutulduğunu bildirib.
Modern.az