Modern.az

Prezident Şəkidə otel və şərab zavodunun açılışını edib

Prezident Şəkidə otel və şərab zavodunun açılışını edib

18 Noyabr 2011, 09:09

Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki rayonuna səfərə edib.

İlham Əliyev əvvəlcə Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Modern.az AzərTAc-a istinadən bildirir ki, Prezident Şəkiyə səfəri çərçivəsində mərkəzi xəstəxananın açılışında iştirak edib. Ona məlumat verilib ki, 100 çarpayılıq xəstəxananın inşası müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilib. Burada təcili tibbi yardım, reanimasiya, iki cərrahiyyə, onkoloji xəstəliklər, göz xəstəlikləri, diaqnostika, laboratoriya, dializ və poliklinika şöbələri fəaliyyət göstərir.
Bu şəfa ocağında 300-dək tibbi heyət əhalinin sağlamlığının keşiyində duracaq.

Tibb ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident deyib ki, Qobustan rayonundan tutmuş Balakənə qədər gözəl müasir turizm zonası kimi özünü göstərəcək. Bunu etmək üçün indi bütün infrastruktur layihələri icra edilir, yollar çəkilir. Şəki-Qax avtomobil yolu çəkilir. Yəqin ki, yaxın zamanlarda açılacaq. İnfrastruktur layihələri icra edilir, yeni binalar, qazlaşdırma, suvarma, içməli su layihəsi, o cümlədən Şəki şəhərinin içməli su problemlərinin həlli üçün layihə icra edilir.Yaxın zamanlarda Şəkinin bütün su və kanalizasiya problemləri öz həllini tapmalıdır.

İham Əliyev Şəkiyə səfəri çərçivəsində “Green Hill İnn” mehmanxanasının açılışında iştirak edib. Prezident Şəki şəhərində “Aşağı Karvansaray” kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olub.
Ölkə başçısı Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasına da baxış keçirib.

Prezidentin getdiyi tədbir “Aqroinvestkom” MMC-nin Şəki şərab zavodunun açılışı olub. Dövlət başçısına məlumat verilib ki, burada üzümün qəbulu, fermentləmə, texnoloji emal, markalı şərabların istehsalı və qablaşdırma sexləri yaradılıb. Burada qurulmuş müasir avadanlıq saatda 3 min şüşə şərab doldurmağa imkan verir. Bu zavodda ilkin mərhələdə süfrə şərablarının istehsalı nəzərdə tutulub. Sexdə qablaşdırılan şərablar “Çinar” markasının texnologiyasına uyğun hazırlanır. İstehsalın sonrakı mərhələsində “Şəki”, “Çələbi”, “Karvansaray”, “Xan sarayı” adı ilə şərabların istehsalı planlaşdırılır. İstehsalın üçüncü mərhələsində, yəni 2012-ci ildən kəmşirin, portveyn və desert tipli şərabların istehsalına üstünlük veriləcək. İstehsalın dördüncü mərhələsində isə konyak spirti və konyak istehsalı sexinin yaradılması planlaşdırılır. Şərab zavodunda istehsal üçün üzüm məhsulunun tədarükündə Şəki ilə yanaşı, əsasən Oğuz və Qəbələ rayonlarının potensialından da istifadə olunacaq. Kənar asılılıqdan yaxa qurtarmaq məqsədi ilə müəssisənin nəzdində 200 hektar üzüm bağı salınması nəzərdə tutulur. Üzüm bağlarının salınması zamanı yerli sortlara – “Mədrəsə”, “Bayanşirə” və “Şirvanşah”a üstünlük veriləcək.
Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama