Modern.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bp şirkətinə qarşı iddia

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bp şirkətinə qarşı iddia

18 Noyabr 2011, 11:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən 2011-ci ilin keçən dövrü ərzində neft sənayesində mütəmadi monitorinqlər aparılıb. Bu müddətdə bəzi kənarlaşmalar da müəyyən edilib. Aşkar olunan qanun pozuntuları ilə əlaqədar ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları həmin müəssisə və təşkilatlarda araşdırma aparılıb. 

Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, araşdırma zamanı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Dərin Sulu Günəşli və Şahdəniz yataqlarında yerləşən platformalarda formalaşan məişət-təsərrüfat və istehsalat yönümlü qarışıq mənşəli tullantı sularının dənizə axıdılması, həmçinin qazma işləri zamanı əmələ gələn qazma şlamının düzgün utilizasiya edilməməsi müəyyən olunub. Bununla bağlı “BP” şirkətinə qarşı 2010-cu ildə 593 948 manat, 2011-ci ilin keçən dövrü ərzində 46583 manat məbləğində iddia qaldırılıb. 2002-2009-cu illər üzrə isə qaldırılan iddialarla bağlı təbiətə dəymiş ziyanın ödənilməsi üçün şirkətlə müzakirələr aparılır.

“Bahar Enerji” Əməliyyat Şirkətinin fəaliyyət zonasında ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət olunma vəziyyəti araşdırılıb. Karbohidrogen ehtiyatlarının mənimsənilməsində mövcud ətraf mühitin mühafizəsi və bu sahədə qəbul olunmuş normativ hüquqi aktların tələblərini pozduğuna görə (su hövzələrini çirkləndirməsi, bərk tullantıları düzgün idarə etməməsi) şirkətə protokol tərtib olunub və inzibati qaydada hüququ şəxs qismində 10000 manat məbləğində cərimə edilib. Nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

“Azneft” İstehsalat Birliyinin “Neft Daşları”, “28 May” və “Abşeronneft” NQÇİ-lərində aparılan araşdırmalar zamanı müəssisələrdən Xəzər dənizinə istehsalat sularının axıdılması və atmosferə zərərli maddələrin atılması faktları aşkar olunaraq akt tərtib olunub. Ətraf mühitə dəymiş ziyanla bağlı “Azneft” İB-yə 35730 manat məbləğində ödəmə tətbiq edilib, nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

“Neftçala Operating Company LTD” şirkətinin Neftçala, Xıllı, Durovdağ-Babazanan və Ramanı neft yataqlarında aparılan araşdırmalar zamanı aşkar olunan çatışmazlıqlarla əlaqədar akt tərtib olunub. Ətraf su mühitinə atılan zərərli maddələrə görə şirkətə 7300 manat məbləğində ödəmə tətbiq edilib, nöqsanların aradan qaldırılması məqsədilə şirkət rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

“Balaxanıneft” NQÇİ-də ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb, aşkar olunan çatışmazlıqlarla əlaqədar akt tərtib edilib. Atmosfer havasına və ətraf əraziyə atılan zərərli maddələrə görə müəssisəyə 5324 manat məbləğində ödəmə tətbiq edilib, nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

“H.Z.Tağıyev” adına NQÇİ-də aparılmış araşdırma zamanı aşkar olunan çatışmazlıqlarla əlaqədar akt tərtib edilib, atmosfer havasına və ətraf əraziyə atılan zərərli maddələrə görə müəssisəyə 6392 manat məbləğində ödəmə tətbiq olunub, nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

“Qaraçuxur İriləşdirilmiş Neft Mədəni”ndə aparılan araşdırma zamanı aşkar olunan çatışmazlıqlarla əlaqədar akt tərtib olunub, su mühitinə və atmosfer havasına atılan zərərli maddələrə görə müəssisəyə 4232 manat məbləğində ödəmə tətbiq edilib. Nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

“Bibiheybət” NQÇİ-də aparılan araşdırma zamanı aşkarlanan çatışmazlıqlarla əlaqədar akt tərtib olunub, su mühitinə və atmosfer havasına atılan zərərli maddələrə görə müəssisəyə 3267 manat məbləğində ödəmə tətbiq edilib, çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

“Ə.Əmirov” adına NQÇİ-də aparılan araşdırma zamanı su mühitinə və atmosfer havasına zərərli maddələrin atılması faktı ilə əlaqədar akt tərtib olunub, müəssisəyə 5429 manat məbləğində ödəmə tətbiq edilib. Nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

“Suraxanı Oil Operation Company S.A.” şirkətinin neft yatağında ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti yoxlanılıb və çatışmazlıqlarla əlaqədar akt tərtib olunub. Ətraf su mühitinə atılan zərərli maddələrə görə şirkətə 10057 manat məbləğində ödəmə tətbiq edilib, çatışmazlıqların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

“Siyəzənneft” NQÇİ-də aparılan araşdırma zamanı aşkarlanan çatışmazlıqlarla əlaqədar akt tərtib olunub, su mühitinə və atmosfer havasına atılan zərərli maddələrə görə müəssisəyə 1008 manat məbləğində ödəmə tətbiq edilib. Nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

“Şirvan Operating Company Limited” şirkətində ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət olunma vəziyyəti araşdırılıb və çatışmazlıqlarla əlaqədar akt tərtib olunub. Müəssisədən su tutarına axıdılan suların tərkibində neft məhsullarının miqdarına və atmosfer havasına atılan zərərli maddələrə görə şirkətə 12000 manat məbləğində ödəmə tətbiq edilib, nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

“Binəqədi Oil Operation Company S.A.” şirkətinin Binəqədi neft yataqları blokları yerləşən ərazi və mövcud infrastruktur obyektlərinin vəziyyəti ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb. Qazma şlamlarının düzgün yerləşdirilməməsi və tullantı sularının tərkibində neft məhsullarının olduğu müəyyən edilərək akt tərtib olunub, müəssisəyə 9250 manat məbləğində ödəmə tətbiq edilib. Nöqsanların aradan qaldırılması üçün rəhbərliyə icrası məcburi olan “məcburi göstəriş” verilib.

“Abşeron Operating Company Limited” şirkətində aparılan araşdırma zamanı aşkar olunan çatışmazlıqlarla əlaqədar akt tərtib olunub, müəssisədən su tutarına axıdılan suların tərkibində neft məhsullarının miqdarının artıq olduğuna görə müəssisəyə 1500 manat məbləğində ödəmə tətbiq edilib. Çatışmazlıqların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

“AzGerneft” MMC-nin fəaliyyət göstərdiyi Ramanı neft yatağında aşkar olunan çatışmazlıqlarla əlaqədar akt tərtib olunub, ətraf su mühitinə atılan zərərli maddələrə görə cəmiyyətə 6250 manat məbləğində ödəmə tətbiq edilib. Nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

“Qarasu” Əməliyyat Şirkətində aparılan araşdırma zamanı atmosfer havasına və ətraf əraziyə atılan zərərli maddələrə görə akt tərtib olunub, müəssəisəyə 7500 manat məbləğində ödəmə tətbiq edilib. Çatışmazlıqların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib. 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi