Prezident İlham Əliyev Qəbələ rayonuna səfər edib. Modern.az saytı AzərTac-a istinadən xəbər verir ki, Prezident Qəbələ şəhərinin mərkəzində ucaldılan Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev Qəbələ rayonunun Nic qəsəbəsindəki 2 nömrəli tam orta məktəbinin açılışında iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Prezidentə məlumat verilib ki, məktəbin yeni binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. Məktəbin 1930-cu ildə tikilib əvvəlki binası son dövrdə tamamilə yararsız vəziyyətə olub. Təhsil ocağının yeni binasının tikintisinə bu ilin aprelində başlanılıb. Bunun üçün ayrılan bir hektar ərazidə qısa müddətdə müasir standartlara cavab verən məktəb binası inşa olunub.
Modern.az