Modern.az

Ermənistan Rusiyanın tanıdığı iqtidarın legitimliyindən imtina etdi

Ermənistan Rusiyanın tanıdığı iqtidarın legitimliyindən imtina etdi

21 Noyabr 2011, 14:26

Ermənistan Cənubi Osetiyada keçirilən president seçkilərini tanımadığını bəyan edib. Modern.az “Qruziya Online” saytına istinadən bildirir ki, bu barədə düşmən Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan açıqlama ilə çıxış edib. 

Qeyd edək ki, Gürcüstan əarzisi sayılan Cənubi Osetiyada uzun illərədir ki, separatçı rejim hakimiyyətdədir və onlar öz qondarma “respublikalarını” elan ediblər. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Moskva Cənubi Osetiyanın müstəqilliyini rəsmən tanıyıb. Bu addım Qərb ölkələrində ciddi rezonans doğurub və Kremlin bu hərəkəti tənqid edilib.

Xatırladaq ki, separatçı rejimin keçirdiyi “seçkilərlə” bağlı Azərbaycan elə ilk gündən öz mövqeyini rəsmən açıqlayıb. Bakı Cənubi Osetiyada keçirilən seçkiləri tanımadığını bəyan edib.

Ermənistanın bu mövqeyi özünütəkzibin yeni subutu sayıla bilər. Nəzərə alsaq ki, Cənubi Osetiya və Dağlıq Qarabağdakı separatçı rejimlər eyni ideloloji “çörəyi” yeyirlər, o zaman erməni ikiüzlülüyünün bariz nümünəsi ilə üzə-üzə gəlirik. Ermənistan sadəcə bu addımla Qərbin gözündə “yaxşı və demokratik ölkə” imici yaratmaq niyyətini göstərib və guya separatçı rejimlərin əleyhinə çıxış etdiyini nümayiş edib. Lakin nədənsə “burununun ucunda” olan Qarabağda qondarma rejimin keçirdiyi seçkilərlə bağlı Ermənistanın başqa mövqeyinin şahidi oluruq. İrəvanın bu növbəti “ermənisyağı gediş” i gözə kül üfürməkdən başqa bir şey deyil.

Çünki Avropa İttifaqının, NATO-nun tanımadığı bu seçkilərə ayrı münasibət ermənilərə yaxşı heç nə vəd edə bilməzdi. Onlar bu məsələdə əbədi müttəfiqləri rusların maraqlarına belə tüpürməyə razı olublar.. Tarixin əvvəlki illərində olduğu kimi...

 X.SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama