Bakıda səfərdə olan britaniyalı junnalıst Jackie Storer Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva ilə görüşüb. Geniş fikir mübadiləsi zamanı millət vəkili ona Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətləri ilə bağlı ətraflı məlumatlar verib. Ermənistanla sərhəd, cəbhə bölgələrindən birinin təmsilçisi olaraq Qənirə Paşayeva Jackie Storerə Ermənistan Silahlı qüvvəllərinin snayperlərlə dinc azərbaycanlıları, məktəbləri hədəfə almaları, qəbiristanlıqları yandırmaları, 13 yaşlı Aygün Şahmalıyevanı oyuncağa quraşdırdıqları partlayıcı qurğu ilə qətlə yetirmələri, Fariz Bədəlovun simasında körpə yaşlı uşaqları qətlə yetirmələri kimi vandalizm aktları barədə məlumatlar verib.
Görüş zamanı britaniyalı jurnalıst Jackie Storer Azərbaycanda qadın haqları, qadınların ölkənin ictimai-siyasi, iqtisadi-sosial həyatında iştirak səviyyəsi, məişət zorakılığına və erkən nigahlara qarşı mübarizə, qadın alverinin azaldılması istiqamətində görülən işlərlə bağlı millət vəkilinə suallar ünvanlayıb və bu istiqamətdə də geniş fikir mübadiləsi aparılıb.
Qənirə Paşayeva bu istiqamətlərdə parlamentin gördüyü işlər, qəbul olunan qanunlar, əldə olunan nəticələr və həllini gözləyən problemlərlə bağlı məlümatlar verib. O bildirib ki, qadınların ölkənin ictimai-siyasi, iqtisadi-sosial həyatında iştirak səviyyəsi getdikcə daha da artır və bu rolun daha da artması ölkənin siyasətində prioritetlərdən biridir.
Görüş zamanı bir sira digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Modern.az