Modern.az

Jurnalistər 23 noyabrı “Cəzasızlığa qarşı gün” kimi qeyd edəcəklər

Jurnalistər 23 noyabrı “Cəzasızlığa qarşı gün” kimi qeyd edəcəklər

21 Noyabr 2011, 15:34

Noyabrın 23-ü dünyada  “Cəzasızlığa Qarşı Beynəlxalq Gün” kimi qeyd ediləcək.   Bu təqvim   qlobal miqyasda  Jurnalistlərin cinayət motivli təqiblərə məruz qalması, peşə fəaliyyətlərinə görə həyatlarını itirməsi, həmçinin, jurnalistləri hədəf seçənlərin çox vaxt cəzasız qalması ilə əlaqədar olaraq  qeyd ediləcək.  23 noyabrın “Cəzasızlığa Qarşı Beynəlxalq Gün”  kimi qeyd edilməsi təşəbbüsü  Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ)  Asiya-Sakit Okeanı bölgəsi  üzrə regional qrumunun  təklifi əsasında  İFEX-in 2011-ci ildə Beyrutda keçirilmiş sonuncu Baş Toplantısında  qəbul edilib. 

Bu tarix 2009-cu ilin noyabrında Filippində 32 jurnalistin və bir o qədər də mülki insanın  həyatına son qoymuş  Maqindanao qətliamının (Maguindano massacre) ikinci ildönümünü  qeyd etmək üçün seçilib.

Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, BJF  bu  ildönümü mərasiminin, bütün dünya ölkələrində öldürülmüş  jurnalistləri yad etmək aksiyası qismində  keçirilməsində maraqlıdır:
“Çünki,  belə yanaşma  imkan verir ki, dünyanın əksər ölkələrində jurnalistlərə qarşı istiqamətlənmiş cinayətlərin  açılmaması, yaxud, cinayəti törədənlərin cəzasız qalması  durumu aradan qaldırılsın, jurnalistlərə qarşı yönəlmiş cinayətlərin müəlliflərinin  cəzalandırılması tələbi yüksəlsin”.

Ələsgərli onu da bildirib ki, bu təqvim BJF-nin dünyanın 100 ölkəsində mövcud olan yerli üzv təşkilatları tərəfindən, həmçinin Beynəlxalq Söz Azadlığı Mübadiləsi (İFEX) tərəfindən qeyd ediləcək.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama