Modern.az

Deputatın təşəbbüsü ilə Milli Qəhrəmana həsr olunmuş festivala start verilib

Deputatın təşəbbüsü ilə Milli Qəhrəmana həsr olunmuş festivala start verilib

21 Noyabr 2011, 15:51

Bu gün "Sağlam düşüncə” İctimai Birliyi (İB) Milli Qəhrəman Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalının gedişi ilə bağlı tədbir keçirib.

Modern.az saytı xəbər verir ki, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan vətənpərvərlik mövzusunda teatr festivalının ideya müəllifi millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyev, bədii rəhbəri Əfsələddin Ağalarovdur.

 Festivalın devizi kimi Heydər Əliyevin ”Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri seçilib.

İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala rayonlarında keçirilən və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 110 gənc qatılıb. 
Tədbirdə çıxış edən millət  vəkili Jalə Əliyeva bildirib ki, festivala iyul ayından etibarən start verilib. Deputat qeyd edib ki, “Mübariz İbrahimov vətən uğrunda canından keçərək şəhidliyə qovuşmaqla Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərib. Biz də bunu əbədiləşdirmək, gənclərimizə bir örnək göstərmək məqsədilə belə bir festivalın keçirilməsinə qərar verdik. Bu teatrda peşəkarlar yox, yaradıcı gənclər iştirak edir”. 
Daha sonra Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev  çıxış edərək bildirib  ki, “vətənpərvərlik tərbiyəsinin aparılmasında mədəniyyət və incəsənətin rolu əvəzedilməzdir. Vətənpərvərlik mövzusu teatrlarda təbliğ olunmalıdır. Ümid edirəm ki, bu festival gənclərin həyatında dərin iz buraxacaq”. 
Sonda isə layihənin icraçı direktoru Ramil Ağasıyev bildirib ki, dekabrın 1-nə qədər davam edəcək festivalda 11 tamaşa oynanılacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama