Modern.az

Azərbaycanlı icması Berlində təqdim olunacaq

Azərbaycanlı icması Berlində təqdim olunacaq

21 Noyabr 2011, 16:01

Milli Məclisin deputatı  Rövşən Rzayev Azərbaycanın Dağlıq Qarabağ  icmasının  təqdimat mərasimində  iştirak etmək üçün noyabrın 25-dən 29-dək Almaniyanın Berlin şəhərində səfərdə olacaq.

Bu barədə Modern.az-an MM-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Berlindən sonra, noyabrın 29-30-da isə deputat  Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının  Miqrasiya  komitəsinin  iclasında  iştirak etmək üçün Fransaya  gedəcək.

Parisdə keçiriləcək toplantıda Avropada  demoqrafik  cərəyanlar, Şimali Qafqazda qaçqın və köçkünlərin vəziyyəti, miqrantların səsvermə  hüquqları  barədə  müzakirələr  aparılacaq. 

Modern.az   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama