ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin katibi Rey Meybasın Azərbaycana üç günlük səfəri başa çatıb. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri Səfər Əbiyev, Hərbi Dəniz Qüvvələrinin Komandanı vitse-admiral Şahin Sultanov və başqa hərbi və mülki rəsmilərilə də görüşüb. Səfər vaxtı o həmçinin mədəni obyektlərlə də tanış olub.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, Meybas görüşlərdə Azərbaycan tərəfinə öz təşəkkürünü bildirib. Onun keçirdiyi görüşlərdə ABŞ-Azərbaycan arasında Xəzər dənizində yerləşən mühüm enerji infrastrukturunun qorunmasına aid olan təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib.
“Mən Azərbaycana qlobal təhlükəsizlik, Əfqanıstanda gördüyü işlərə, regional və Avropada enerji təhlükəsizliyi və bu ölkənin dəniz sahəsində əməkdaşlığına görə təşəkkür edirəm” – cənab Meybas bildirib.
Modern.az