Modern.az

Azərbaycan Prezidenti Türkiyənin deputatlarını qəbul edib

Azərbaycan Prezidenti Türkiyənin deputatlarını qəbul edib

21 Noyabr 2011, 16:41

Prezident İlham Əliyev  Türkiyə Respublikasının Böyük Millət Məclisinin beynəlxalq əlaqələr komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti qəbul edib.

Modern.az Prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, dövlət  başçısı parlament seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisi üzvlərinin ilk rəsmi səfərlərinin məhz Azərbaycana etmələrinin önəmini vurğulayaraq bu ənənənin hökumət üzvləri ilə yanaşı, parlament üzvləri tərəfindən də davam etdirilməsindən məmnunluğunu bildirib.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Böyük Millət Məclisinin beynəlxalq əlaqələr komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə edib. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələri əhatə etdiyini vurğulayan dövlət başçısı parlamentlərarası əlaqələrin gələcəkdə də yüksək səviyyədə olacağına ümidvar olduğunu bildirib.
Volkan Bozkır Türkiyə Böyük Millət Məclisi nümayəndə heyətinin ilk xarici səfərinin Azərbaycana etməsinin onlar üçün mühüm bir vəzifə olduğunu deyib. O, Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Dünyada və bölgədə ciddi problemlərin mövcud olduğu bir şəraitdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsinin önəmli hadisə olduğunu deyib.

 Modern.az   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama