Modern.az

Amerikada Rafiq Tağı və Əvəz Zeynallı haqqında müzakirə açılıb

Amerikada Rafiq Tağı və Əvəz Zeynallı haqqında müzakirə açılıb

22 Noyabr 2011, 12:28

Dünən “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev Jurnalistlərin Hüquqlarının Müdafiəsi Komitəsində rəhbərliklə, o cümlədən təşkilatın sədri John Samuel ilə görüşüb. İctimai Birlikdən Modern.az-a bildirilib ki, görüşdə yazıçı-publisist, keçmiş vicdan məhbusu Rafiq Tağıya qarşı sui-qəsd müzakirə olunub. Eynulla Fətullayev Rafiq Tağının son məqaləsini təşkilat rəhbərinə təqdim edib. Komitə yazıçıya qarşı basqıdan narahatlığını ifadə edib, eyni zamanda azad mətbuatın son durumu ilə bağlı vəziyyət təhlil olunub.

Komitə mərhum həmkarımız Elmar Hüseynovun qətli ilə əlaqədar istintaqla  və bu yaxınlarda həbs olunmuş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi ilə maraqlanıb. Komitənin gəldiyi nəticə odur ki, Əvəz Zeynalllının həbsi siyasi motivlidir və hakimiyyəti tənqid edən məqalələrə görədir. Eynulla Fətullayev hesab edir ki, JMK Əvəz Zeynallı üçün müdafiə kampaniyası aparacaq.

Bu gün isə Mətbuat Azadlığı Mükafatının təqdimat mərasimi keçiriləcək. Tədbirdə 1200-ə yaxın ABŞ-ın tanınmış simaları-siyasətçiləri, jurnalistləri, biznes-elitanının və əyləncə sənayesinin nümayəndələri iştirak edəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama