Milli Məclisin sədr müavini Valeh Ələsgərov ötən gün parlamentdə sovet dövründən qalan əmanətlərlə bağlı çıxış edib.
Deputat MDB məkanında bu tipli əmanətləri qaytarmış ölkələrin təcrübəsinin Azərbaycanda yayılmasını təklif edib: “Hesab edirəm ki, Ukrayna, Qazaxıstan modeli, xüsusilə də bu ölkələrədə sovetdən qalan əmanətlərin necə qaytarıldığı bizdə mətbuatda dərc edilməlidir. Bizdə elə bilirlər ki, kimin banklarda 10 min rublu olubsa, ona 10 min AZN qaytarılacaq. Ancaq bu, belə olmayacaq. Bir sözlə, bu məsələdən gözləntilər sonradan problem yarada bilər. Ona görə də MDB məkanında sovetlərdən qalma əmanətləri geri qaytaran ölkələrin təcrübəsi mütləq ictimaiyyətə çatdırılmalıdır”.
Modern.az