Türkiyənin Türkiyənin “Ekonomist” jurnalı ölkənin “Ən varlı 100 ailə”sinin siyahısını müəyənləşdirib. Modern.az saytının “Hurriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, “Ən varlı 100 ailə” siyahısına daxil olan ilk üçlük bu il də dəyişməyib. Ancaq birjada baş verən dəyişikliklərin ümumi siyahıya xeyli təsir etdiyi deyilir.
Beləliklə, 2011-ci ildə Türkiyənən “Ən varlı 100 ailə”si siyahısında daxil olan ilk “10-luq”u təqdim edirik.
Koç ailesi və sahib olduqları “Koç Holdinq” 8 milyard dollardan artıq pulla birinci pillədə qərarlaşıb.
Şahenk ailəsi 6-8 milyard dollarla və sahib olduqları “Doğuş Holdinq” ikinci sırada yer alıb.
Erol Sabancı ve ailəsi, eləcə də sahib olduqları “Sabancı Holding” 6-8 milyard dollarla ilk üçlüyü tamamlayır.
6-8 milyard dollarla Türkan Sabancı və ailəsinin sahib olduğu “S.Sabancı Holdinq”
6-8 milyard dollarla Şevket Sabancı və ailəsinin sahib olduğu “Esas Holdinq”
6-8 milyard dollarla Ülkər ailesi və sahib olduğu “Ülker Qrupu”
5-6 milyard dollarla Şarık Tara və ailəsinin sahib olduğu “Enka Holdinq”
5-6 milyard dollarla Eczacıbaşı ailəsi və “Eczacıbaşı Holdinq”
4-5 milyard dolarla Doğan ailəsi və “Doğan Holdinq”
4-5 milyard dollarla M.Emin Karamehmet və ailəsinin sahib oilduğu “Çukurova Holdinq” yerləşir.
Modern.az