Milli Məclisin büdcə müzakirələri davam edir. Müzakirələrdə millət vəkilləri müxtəlif fikirlər səsləndirirlər.
Modern.az saytının məlumatına görə, millət vəkili, Baki Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxışında Azərbaycanın son illər qazandığı uğurlardan danışıb. Eyni zamanda, o, bir sıra təkliflərlə çıxış edib. Təkliflərdən biri müəllimlərin, ümumiyyətlə təhsil işçilərin sosial vəziyyətinə yenidən baxılması ilə bağlı olub.
“Elmin inkişafına mütləq yenidən baxmaq lazımdır”-deyən millət vəkili qeyd edib ki, elm olmasa, əldə edilən uğurlar zəifləyəcək.
A.Məhərəmmov daha sonra bu sahədə pulların çox xərcləndiyi fikrinə də münasibət bildirib: “Neft Fondundan elmin inkişafı üçün vəsait artırılmalıdır ki, elmimiz inkişaf etsin. Maraqlı məsələ var ki, elmin inkişafı deyəndə Milli Elmlər Akademiyası nəzərdə tutulur. Azərbaycanda 1800 professor var, onun 1200-ü ayrı-ayrı universitetlərdə çalışır. 600-ü isə Elmlər Akademiyasındadır. Ona görə də bu məsələ də nəzərə alınmalıdır”.
Millət vəkilinin sözlərinə görə, elmin inkişafı deyəndə, universitetləri də nəzərə almaq lazımdır: “Hesab edirəm ki, hökümət büdcədən ayrılan pulların necə xərclənməsinə nəzarət etməlidir. Bu məsələ ilə əlaqdar onları Bakı Dövlət Universitetinə dəvət edirəm”.
Modern.az