Modern.az

Əli Hüseynli Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin yaradılmasını təklif etdi

Əli Hüseynli Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin yaradılmasını təklif etdi

Təhsil

23 Noyabr 2011, 15:13

Milli Məclis büdcə müzakirələrini davam etdirir. Modern.az parlamentdən xəbər verir ki, müzakirələr zamanı millət vəkili Əli Hüseynli Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin yaradılması təklifi ilə çıxış edib. Bildirib ki, belə agentlik yaradılsa, bu Azərbaycanı beynəlxalq məsələlərdə legal şəkildə təmsil edə bilər.

“Bunu mən özümdən demirəm” söyləyən Ə.Hüseynli dünya təcrübəsinə əsaslandığını vurğulayıb.

Daha sonra deputat “YEK”lər məsələsinə toxunaraq bu qurumların sovetdənqalma olduğunu və öz işlərini yerinə yetirə bilmədiklərini qeyd edib.

“Bunlara Mənzil İstismar Sahələri deyirlər, amma adi mənzil münasibətlərinin nə olduğunu bilmirlər. Hesab edirəm ki, bu məsələlər bələdiyyə və digər  icra qurumları arasında müəyyənləşməlidir və səlahiyyətləri onların əlindən alınmalıdır”.


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama