Modern.az

Türk biznesmenlərindən ibarət böyük qrup Ermənistana gəlib

Türk biznesmenlərindən ibarət böyük qrup Ermənistana gəlib

23 Noyabr 2011, 15:29

İrəvanda keçiriləcək erməni-türk biznes konfransında iştirak etmək üçün 50-ə qədər türk iş adamı Ermənistana gəlib. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, USAİD-in dəstəyi ilə Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqının keçirdiyi konfrans “erməni-türk barışığının vasitəçilyi” proqramı çərçivəsində keçirilir.

İttifaqın sədri Arsen Kazaryan çıxışında bildirib ki, “sərhədlərin bağlı olmasına baxmayaraq konfrans göstərdi ki, hər iki ölkə ikitərəfli ticarət –iqtisadi münasibətlərin qurulmasına diqqət yetirir”. 
“Biz gözləyirik ki, Türkiyənin siyasi rəhbərliyi özünün qazanclarını başa düşərək sərhəddi açacaq”-deyə o, bildirib. 

Kazaryanın sözlərinə görə, konfrans erməni məhsullarının türk bazarlarına çıxmasına stimul verə bilər.  O qeyd edib ki, son illərdə Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi ildə 150-200 milyon dollar təşkil edib. Konfransda vurğulanıb ki, sərhədlər açılsa, iki ölkə arasında ticarət dövriyyəsi 3 dəfə artacaq.

Tədbirdə çıxış edən biznesin inkişafı üzrə erməni–türk Şurasının vitse-prezidenti Noyan Soyak maraqlı fakt açıqlayıb. O bildirib ki, 2011-ci ilin avqust ayından etibarən türk höküməti erməni dövlət nömrə nişanları olan avtomobillərin ölkəyə daxil olmasına icazə verib. 
 
 Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama