Noyabrın 23-də Milli Məclisdə davam edən büdcə müzakirələri zamanı millət vəkili Sabir Rüstəmxanlı maraqlı təkliflə çıxış edib.
Modern.az saytının məlumatına görə, deputat yüksək vəzifələr tutan dövlət məmurlarının həm faksdan, həm də dövlət telefon nömrələrindən istifadə etdiyinə diqqət çəkib və bildirib:
“Bu xidmətlərin hər ikisi bahalı xidmətdir. Ancaq onlar nəinki adi vətəndaşların, heç deputatların da faksa, dövlət telefonuna vurduqları zəngə cavab vermirlər. Ona görə təklif edirəm ki, bu iki xidmət ləğv edilsin. Buna görə ödənilən vəsait isə başqa sahəyə yönəldilsin”.
Modern.az