Modern.az

Soros Fondu: “İxtisarlar olub, ancaq fondun bağlanması xəbəri doğru deyil”

Soros Fondu: “İxtisarlar olub, ancaq fondun bağlanması xəbəri doğru deyil”

24 Noyabr 2011, 10:31

“Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Azərbaycanda fəaliyyətini dayandırması barədə yayılan məlumat həqiqətə uyğun deyil”.

Bunu Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (Soros) İdarə Heyətinin sədri Mehman Əliyev deyib. Onun sözlərinə görə, Fond işini davam etdirir: “Mən təəssüf edirəm ki, belə qeyri-dəqiq, peşəkarlıqla uyuşmayan informasiyalar hazırlanır. Fondda sadəcə struktur dəyişiklikləri və ixtisarlar aparılır. Amma fəaliyyətin dayandırılmasından söhbət gedə bilməz. Özü də dəyişikliklərlə bağlı məsələ xeyli müddətdir ki, gündəmdədir”.

Fondun ictimai əlaqələr şöbəsi və ifadə azadlığı KİV proqramının direktoru Rövşən Bağırov da yayılan məlumatı təkzib edib. Onun sözlərinə görə, bu kimi informasiyaların ortaya çıxması məlumatsızlıqdan yaranır: “Fondda yalnız ixtisarlar aparılır. Bu qərar da Nyu Yorkda verilib. Həmin qərara əsasən, 10 nəfər ixtisara düşüb. Amma bu o demək deyil ki, Fond Azərbaycandakı fəaliyyətini dayandırır”.

Neft gəlirləri və ictimai vəsait şəffaflığı proqramının direktoru Fidan Bağırova da Soros Fondunun Azərbaycanda fəaliyətini dayandırdığı barədə məlumatın əsassız olduğunu bildirb. O, Fondda yalnız bəzi dəyişikliklərin olduğunu deyib: “Amma fəaliyyətin dayandırıldığı xəbəri doğru deyil”.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama