Modern.az

Fransanın Minsk Qrupunda yeni həmsədrinin adı açıqlandı

Fransanın Minsk Qrupunda yeni həmsədrinin adı açıqlandı

24 Noyabr 2011, 14:31

Fransa ATƏT-in Minsk Qrupunun həmsdəri postunda olan Bernar Fasyenin həmsdərlikdən gedəcəyini təsdiq edib. Modern.az bildirir ki, bu barədə Fransanın Ermənistanda olan səfirliyi açıqlama yayıb. Səfirlik Fransa höküməti adından bildirib ki, Fasye missiyasını bu ilin sonunda xitam verəcək.

Onu əvəz edəcək diplomatın adı da açıqlanıb. ATƏT-in Minsk Qrupunda növbəti illərdə Fransanı Jak For (Jacques Faure) təmsil edəcək. Jak For son zamanlara qədər Fransanın Ukraynada səfiri olub.

Bernar Fasye həmsədr postunu 2005-ci ildən tuturdu.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama