Modern.az

İlham Əliyev və Mehriban Əliyeva "Nizami" kinotetrında filmlərdən fraqmentlər izləyiblər

İlham Əliyev və Mehriban Əliyeva "Nizami" kinotetrında filmlərdən fraqmentlər izləyiblər

24 Noyabr 2011, 15:04

Bu gün Bakının “Nizami” kinoteatrının binası əsaslı təmir və yenidənqurmadan sonra açılıb.  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər. Modern.az saytının AzərTAc-a istinadən verdiyi xəbərə görə, dövlət başçısı kinoteatrın rəmzi açılışını bildirən lenti kəsib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib ki, 1934-cü ildə istifadəyə verilmiş “Nizami” kinoteatrının binasında “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamına əsasən yenidən qurulub.  
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva binanın foyesində kinoteatrın əvvəlki vəziyyətini, yenidənqurma işlərinin gedişini və istifadədən sonrakı görüntüsünü əks etdirən fotolardan ibarət stendlərə baxıblar. Kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılıb.  Binada Almaniyada, Yaponiyada və İngiltərədə istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılıb.

Prezident İlham Əliyev və Mehriban Əliyeva böyük zalda və VİP zalında filmlərdən fraqmentləri izləyiblər.  
Prezidentə məlumat verilib ki, birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılıb. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcəkdir. 
İlham Əliyevə eyni zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yenidən qurulmasının layihəsi də təqdim olunub.  
“Nizami” kinoteatrında yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı tövsiyə və tapşırıqlarını verib.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama