ABŞ Avropada adi silahlara dair Müqavilədən çıxdığını bəyan edib. Modern.az bildirir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamentinin Vyanadakı rəsmi nümayəndəsi Viktoriya Nulend açıqlayıb. ABŞ müqavilədə iştiraka xitam verməyin səbəbi kimi Rusiyanın Raket Əleyhinə Müdafiə sistemlərinin Avropada yerləşdirilməsinin əleyhinə olmasını göstərib.
Vaşiqton bildirib ki, dörd il ərzində NATO və onun müttəfiqləri 2007-ci ildə Rusiyanın bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirməkdən imtina etməsi ilə bağlı bəyanatını diplomatik yolla həllinə çalışsalar da, buna nail ola bilməyiblər. Departamanet bəyan edib ki, bu dörd il ərzində Rusiya özünün hərbi qüvvələri barədə hər hansı məlumatı verməkdən imtina edib.
Avropada Adi Silahlara Dair Müqavilə 1990-cı ildə NATO ilə SSRİ-nin hakim olduğu Varşava müqaviəsi ölkələri arasında imzalanıb. Hazırda bu müqavilnin 28 iştirakçısı var. Azərbaycan və Ermənistan da bu Müqaviləni təsdiq ediblər. Sənədə ölkələrin ordularında silah və texnikanın beş növü üzrə məhdudiyyətləri nəzərdə tutulur. Bura tanklar, zirehli maşınlar, 100 mm kalibrdən yuxarı artileriya, hərbi təyyarələr daxildir. Bu sənəd Müqaviləni imzalamış ökələrin silahlı qüvvələri barədə informasiya mübadiləsinə və orduda geniş təftişin aparılmasına imkan verir.
X.SƏFƏROĞLU