Milli Məclisdə 2012-ci il büdcə müzakirələri davam edir.
Modern.az saytı xəbər verir ki, “Milli Məclisin 2012-ci il üçün xərclər smetası”nın layihəsi müzakirəsi zamanı qeyd olunub ki, parlamentin 2012-ci il üçün xərcləri 19 915 565 manat həcmində nəzərdə tutulub.
Xərclərin 69%-nin əmək haqqı fondu təşkil edəcək. Həmçinin o da qeyd olunub ki, gələn il Milli Məclis üçün yeni nəqliyyat vasitələrinin alınması üçün 400 min manatın ayrılması nəzərdə tutulub.
Modern.az