Modern.az

Qənirə Paşayeva və Məlahət İbrahimqızı “The First-2011” mükafatına layiq görülüb (FOTOLAR)

Qənirə Paşayeva və Məlahət İbrahimqızı “The First-2011” mükafatına layiq görülüb (FOTOLAR)

Təhsil

24 Noyabr 2011, 16:52

“Xəyal Production”un təşkilatçılığı ilə keçirilən mərasimdə “The First-2011” mükafatına layiq görülən millət vəkili Qənirə Paşayevə öz çıxışında Türkiyədən gələn qonaqları salamlayıb. Deputat Azərbaycan ilə Türkiyə arasında daim dostluq və qardaşlıq münasibətlərinin olduğunu, Türkiyədən gələn qonaqların başqa bir ölkəyə deyil, öz vətənlərinə gəldiklərini qeyd edib. Millət vəkili bu mükafata layiq görüldüyü üçün  öz minnətdarlığını ifadə edib, gələn il bu mükafatın təqdimetmə mərasimində bütün Türkdilli dövlətlərin nümayəndələrinin iştirak etməsini arzulayıb.

Modern.az-ın məlumatına görə, deputat Məlahət İbrahimqızı da  “The First-2011” mükafatına layiq görülüb.

Mərasimdə Türkiyədən iştirak edən  xüsusi qonaqlar  arasında Türkiyənin tanınmış simaları - şoumen Bəyazit Öztürk (Bəyaz), çoxsaylı tamaşaçı auditoriyası toplayan “Öylə bir keçər zaman ki...” serialında Ali kaptan rolunun ifaçısı Ərkan Pətəkkaya, modelyer Uğurkan Erez, bəstəkar-müğənni Soner Sarıkabadayı, “Adanalı” serialında Sofiya, “Lale devri” serialında isə Yeşim rolunun ifaçısı, tanınmış aktrisa Serenay Sarıkaya, Azərbaycan əsilli müğənni Nursaç Doğanişık, Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva, “Media TV” və “Kanal D”-nin əməkdaşları olub.

Mükafatlandırılanlar arasında həmçinin Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc, İctimai Teleradio, Türkiyənin “Show TV” və “Kanal D” televiziyaları, “Day.az” informasiya portalı, 14 qat dünya çempionu Eduard Məmmədov, bəstəkar Gövhər Həsənzadə, modelyer Gülnarə Xəlilova, model Günay Musayeva, müğənni Röya, “Təhsil” Nəşriyyatı, digər şirkət və şəxslər də olublar.




Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama