Modern.az

BAXCP türk-erməni sahibkarlarının işbirliyini pisləyib (Bəyanat)

BAXCP türk-erməni sahibkarlarının işbirliyini pisləyib (Bəyanat)

Təhsil

24 Noyabr 2011, 17:12

Sizi Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə biləcək xəyanətlərin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırıq"

"Türk milləti qardaşlığı, dostluğu, şərəfi və layəqəti hər zaman mənfəətdən üstün tutub"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İrəvanda Türkiyə-Ermənistan Biznesin İnkişafı Şurası ilə Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqının birgə təşkil etdiyi biznes-forumu, habelə Ermənistan və Türkiyə sahibkarları arasında əməkdaşlıq haqqında memorandum imzalanmasını kəskin şəkildə pisləyib. BAXCP hesab edir ki, Ermənistanla sərhədlərini məhz bu dövlətin Azərbaycan ərazilərini işğal etdiyinə görə bağlı saxlayan Türkiyə Respublikası vətəndaşlarının təcavüzkar ölkənin iş adamları ilə işgüzar əlaqələr qurması rəsmi Ankaranın elan etdiyi prinsiplərlə ziddiyyət təşkil edir:
"İşgüzar dairələr arasında həyata keçirilən əməkdaşlıq Türkiyənin rəsmi mövqeyini ifadə etməsə də, qardaş ölkənin müvafiq qurumlarının bu prosesi sadəcə kənardan müşahidə etməsi və bəyanatlarla kifayətlənməsi heç bir halda məqbul sayıla bilməz. Artıq uzun illərdir ki, Türkiyə ilə Ermənistan arasında iqtisadi əməkdaşlığın olmadığı bildirilsə də ticarət dövriyyəsinin ildən ilə artması fakt olaraq qalır". BAXCP-nin qənaətinə görə, Türkiyə-Ermənistan sərhədlərinin qapalı qalması sadəcə formal xarakten daşımamalı və qarşılıqlı münasibətlərin bütün istiqamətlərində özünü büruzə verməlidir: "Bu baxımdan Türkiyə dövləti hətta qeyri-rəsmi səviyyədə olsa da belə bu işğalçı dövlətin iqtisadiyyatının stmullaşdırılmasına xidmət edən əlaqələrin dayandırılması üçün mövcud olan bütün imkanlardan istifadə etməlidir".

BAXCP Ermənistanla işgüzar əlaqəyə girən şəxslərin türk olduğuna da şübhə ilə yanaşır: "Qardaşının evini, yurdunu, Vətənini qəsb edən təcavüzkar bir ölkə ilə münasibət quran şəxslərin türk olduğuna inanmırıq. Çünki türk milləti qardaşlığı, dostluğu, şərəfi və layəqəti hər zaman mənfəətdən üstün tutub".

İstənilən toplumun, xalqın içərisindən xəyanətkarların çıxa biləcəyini istisna etməyən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası baş verənlərin qardaş türk millətinin adına yazılmasının əleyhinədir: "Bununla yanaşı, hesab edirik ki, xəyanətkarlığın cəzasız buraxılması daha ağır nəticələrə gətirib çıxara biləcək presedentlərə yol aça bilər. Bu baxımdan Türkiyə dövlətini və qardaş türk xalqı Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə biləcək, işğalçı Ermənistanın mövqelərini möhkəmləndirəcək xəyanətlərin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırıq".

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama