Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, noyabrın 26-da Abşeron yarımadasında hava şəraitinin nisabətən mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşama doğru buludluluğun tədricən artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə noyabrın 26-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Modern.az