Daxili İşlər Nazirliyi Bakı şəhərində reketliklə məşğul olan qadının həbsinə dair məlumat yayıb. Modern.az DİN-ə istinadən bildirir ki, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu iyunun 26-da Məleykə Məmmədovanın evinə girib pul verməsini tələb etmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Roza Xasanova tutulub.
Modern.az