Modern.az

Ermənilər yarım sutkada Qarabağ üçün 12 milyon dollar ianə toplayıblar

Ermənilər yarım sutkada Qarabağ üçün 12 milyon dollar ianə toplayıblar

25 Noyabr 2011, 14:15

Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal altında saxlayan Ermənistan zəbt olunmuş torpaqlarımızda yaratdığı separatçı rejimə yardım məqsədilə növbəti addım atıb.
Modern.az “Armenia Today”a istinadən bildirir ki, ermənilərin “Hayastan” adlı ümummilli fondunun noyabrın 24-də axşam saat 20.00-dan 25 noyabr səhər saat 8.00-dək keçirdiyi telemarafon nəticəsində 12 milyon 286 min 478 diollar vəsait toplanıb.

Bu vəsaitin Dağlıq Qarabağda su təchizatı sisteminin qurulmasına xərclənəcəyi bildirilir.

Erməni tərəfinin məlumatına görə, ötən il təşkil olunan anoloji telemarafon nəticəsində 20 milyon dollar vəsait toplanıbmış.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama