Modern.az

Deputatlar da dünən axşam tıxacda qalmalı olublar

Deputatlar da dünən axşam tıxacda qalmalı olublar

25 Noyabr 2011, 16:46

Noyabrın 24-də axşam saatlarında “Şamaxinka”dan başlayaraq Bakı-Sumqayıt yolu boyunca saatlarla davam edən nəqliyat tıxacında bəzi vəzifəli şəxslər, millət vəkilləri də qalıblar.

“Dünən parlamentdən metronun “20 Yanvar” stansiyası üzərindəki körpüyədək 3 saat yarıma gəlib çıxmışıq”.  Bunu Modern.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva bir sıra deputatlar kimi dünən onun da saatlarla tıxacda qalması yönündə səslənən məlumatlara münasibət bildirərkən deyib.

Millət vəkilinin bildirdiyinə görə, dünən özü də saatlarla tıxacda qalmalı olub.

«Parlamentdən 20 Yanvar metrostansiyası üzərindəki körpüyədək 3 saat yarıma gəlib çıxmışıq. Orda da 40-50 dəqiqə hərəkətsiz vəziyyətdə qaldıq, maşınlar bir addım belə irəli gedə bilmirdi. Axırda məcbur olub yolun əks istiqaməti ilə mərkəzə, yaxınlarımın evinə qayıtmışam. İnsanlar vardı ki, 5-6 saatdan da çox tıxacda dayanmışdı. Bu, birbaşa olaraq Bakı şəhər İcra Hakimiyyətinin ciddi məsuliyyətsizliyidir. Həmin saatlarda bircə texnika da görmədik ki, yolu açmağa çalışsın, qum, duz səpsin. Dünən səhər hər kəs bilirdi ki, qar yağır və yollarda problem yarana bilər. Niyə axı, səhərdən yollarda işə başlamadılar? Bütün bu baş verənlər, xüsusi ilə də qış gəlməmiş, noyabr ayında belə vəziyyətin yaranması göstərdi ki, həmin orqanlar necə işləyir. Onlar bu vəziyyətin yaranmasına görə cavab verməlidirlər”  - deyə millət vəkili vurğulayıb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama