Modern.az saytı xəbər verir ki, bu ilin noyabrın 27-dən dekabrın 3-nə qədər
Malaziyada 45 ölkənin 52 partiyasının nümayəndələri bir araya gələcəklər.
Toplantı Birləşmiş Malayzia Milli Konqresinin təşkilatçılığı ilə keçiriləcək.
Bu tədbirə Azərbaycandan hakim Yeni Azərbaycan Partiyası (YAP) dəvət olunub.
Partiyanı bu tədbirdə YAP Nəsimi rayon təşklatının sədri, millət vəkili Məlahət İbrahimqızı təmsil edəcək.
Forumda Qlobal maliyyə böhranı dövründə iqtisadi və sosial transfarmasiya mövzusunda müzakirələr açlıacaq.
Bu barədə Modern.az saytına M.İbrahimqızı məlumat verib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyalar Forumun üzvüdür və bu qurumun rəhbərliyində təmsil olunur.
Modern.az