26 noyabr tarixi Milli Məclisin 94 saylı Bərdə kənd seçki dairəsindən deputatı Gövhər Baxşəliyevanın ad günüdür. Millət vəkilinin 57 yaşı tamam olub.
Modern.az saytının məlumatına görə, Gövhər Baxşəliyeva 26 noyabr 1954-cü ildə Bərdə şəhərində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri doktoru, professordur. Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür.
«Qızıl qələm» mükafatı laureatıdır. 3 monoqrafiyanın, 5 kitabın, 90-dək elmi və elmi-publisistik məqalənin müəllifidir.
1977-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, şöbə müdiri vəzifələrində çalışıb.
1997-ci ildən Azərbaycan MEA-nın Şərqşünaslıq İnstitutunun direktorudur.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 2001-ci il iyunun 12-dən 2005-ci il dekabrın 2-dək Milli Məclis Sədrinin müavini vəzifəsində çalışıb.
O, 2010-cu il noyabrın 7-də təkrar olaraq 94 saylı Bərdə kənd seçki dairəsindən deputat seçilib. Partiya mənsubiyyəti olmayan G.Baxşəliyeva Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür.
Ərəb, rus və ingilis dillərini bilir. Bir övladı var.
Modern.az