Modern.az

Milli Məclisin deputatı avtomobil qəzasına düşüb

Milli Məclisin deputatı avtomobil qəzasına düşüb

26 Noyabr 2011, 11:59

Milli Məclisin deputatı, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə avtomobil qəzasında xəsarət alıb. Modern.az saytının məlumatına görə, hadisə ötən axşam baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, noyabrın 25-də axşam saatlarında Binəqədi rayonu ərazisindəki Cəfər Xəndan və A.Gəraybəyli küçələrinin kəsişməsində 10 HS 094 dövlət qeydiyyat nişanlı "Mercedes" və 10 AA 411 nömrə nişanlı "Nissan" markalı avtomobillər toqquşub.

Hadisə zamanı deputat Z.Səmədzadə "Nissan" markalı avtomobildə olub. Qəza nəticəsində həm "Mercedes"in sürücüsü Mübariz Yaqub oğlu İsmayılov, həm də deputatın sürücüsü Mahir Məhəmməd oğlu Musayev, eləcə də Ziyad Səmədzadənin özü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Deputatı Ziyad Səmədzadənin xəsarəti ağır olmadığından, həkimlər onu evə buraxıblar.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama