Modern.az

Azərbaycanın iki deputatına Baltik Assambleyasının medalları verilib

Azərbaycanın iki deputatına Baltik Assambleyasının medalları verilib

26 Noyabr 2011, 12:46

Modern.az xəbər verir ki, noyabrın 25-də Estoniya Respublikasınnn paytaxtı Tallin şəhərində Baltik Assambleyasının 30-cu sessiyas keçirilib. Sessiya çərçivəsində Baltik Assambleyasının 20 illik yubileyinə həsr edilmiş təntənəli tədbirlər olub. Tədbirdə Latviya, Litva, Estoniya Parlamentlərinin sədrləri va xarici işlər nazirləri ilə yanaşı Benelüks va Şimal Şurası ölkələrinin parlamentariləri də iştirak ediblər. Ənənəvi olaraq bu dəfə də Baltik Assambleyası öz sessiyasında iştirak etmək üçün GUAM Parlament Assambleyasının nümayəndələrini dəvət edibr. GUAM Parlament Assambleyasındakı Azarbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətini millət vəkilləri Elton Məmmədov, Əli Məsimli və nümayəndə heyətinin katibi Rüstəm Mahmudov təmsil ediblər.

Baltik Assambleyasının sessiyası başlamazdan öncə GUAM Parlament Assambleyası, Baltik Assambleyası va Benelüks Parlamenti təmsilçilərinin iştirakı ilə  üçtərəfli görüş keçirilib. Görüşdə sözügedən təşkilatların prioritetləri və üçtərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Millət vəkilləri Elton Məmmədov və Əli Məsimli də öz növbələrində GUAM Parlament Assambleyasının Baltik Assambleyası va Benelüks Parlamenti ilə əmakdaşlıgının inkişaf etdirilməsi və dərinləşdirilməsinə dair təkliflərini veriblər.

Daha sonra nümayəndə heyətləri Baltik Assambleyasının sessiyasının işinə qoşulublar. GUAM Parlament Assambleyasının təmsilçiləri, o cümlədən Azarbaycan nümayəndə heyəti sessiyanın gündaliyində duran bir sıra aktual,  qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində iştirak ediblər.

Qeyd edək ki, GUAM Parlament Assambleyası ilə Baltik Assambleyası arasında münasibətlərin inkişaf etdirilməsi, qarşlıqlı səmərəli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində verdikləri töhfələrə görə Elton Məmmədov və Əli Məsimli Baltik Assambleyasının ali mükafatları olan medallarla təltif ediliblər. Bununla əlaqədar Elton Məmmədov və Əli Məsimli geniş auditoriya qarşısında çıxış edərək Baltik Assambleyasının bu təltifini yüksək qiymətləndirib və  GUAM Parlament Assambleyası ilə Baltik Assambleyası arasında yüksələn xətla strateji əməkdaşlığa doğru getməsinin  bariz nümunəsi kimi dəyərləndiriblər.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama