Ombudsman Aparatının mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Prezident İlham Əliyevə əfvlə bağlı müraciət edib.
Müraciətdə bu il bir sıra əlamətdar tarixlərin – respublikanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinin, Azərbaycanın Avropa Şurasına üzvlüyünün və Avropa İnsan Hüquqları Konvensiyasının ratifikasiyasının, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanununun 10 illiyinin və digər əhəmiyyətli hadisələrin ildönümlərinin qeyd olunduğu bildirilib.
Ombudsmanın müraciətdə bütün bunları nəzərə alaraq, 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində növbəti əfv təklifi ilə çıxış etdiyi qeyd olunub.
O da qeyd edilib ki, bu günə kimi İnsan Hüquqları üzrə Müvəkkilin müraciəti əsasında 339 məhkum azadlığa buraxılıb.
Modern.az