Modern.az

Milli Ordunun əsgəri şəhid olub

Milli Ordunun əsgəri şəhid olub

26 Noyabr 2011, 20:02

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub.

Modern.az APA-nın istinadən xəbər verir ki, hadisə bu gün 15.30 radələrində cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Ermənilərin açdığı atəş Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Elmar Səməd oğlu Həbibzadəyə dəyib. Əsgər aldığı güllə yarasından şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.

Qeyd edək ki, E. Həbibzadə bu ilin aprel ayında Lənkəran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama