Gələn ay Parisdə Azərbaycanın Dağlıq Qarabağ icmasının təqdimat mərasimi keçiriləcək.
Milli Məclisin deputatı, İcmanın üzvü Rövşən Rzayevin verdiyi məlumata görə, bu, Dağlıq Qarabağın azərbaycanlı icmasının beynəlxalq səviyyədə tanıtdırılması istiqamətində mühüm addım olacaq.
Bu arada Qarabağın erməni və azərbaycanlı icmaları arasında görüşün keçirilməsi məsələsi də gündəlikdədir. Səfər zamanı icmanın Berlində təqdimatının keçirilməsi də nəzərdə tutulur.
Erməni icması ilə ilk görüşün bu gün keçirilməsi planlaşdırılsa da, hələlik erməni tərəfi rəsmi şəkildə razılığını bəyan etməyib. Bu mənada mümkündür ki, icmalararası görüş tədbiri Qarabağın azərbaycanlı icmasının Almaniyada təqdimatı ilə əvəzlənsin. Ancaq bununla Azərbaycanın Dağlıq Qarabağ icmasının bir qrup üzvü noyabrın 25-dən Almaniyanın Berlin şəhərində səfərdədir. Berlin görüşündə Azərbaycan icması tərəfdən professor Kamal Abdulla, deputat Rövşən Rzayev və Xocalı sakini Anar Usubov iştirak edir.
Modern.az