Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 27-də saat 16.30-dan 16.35-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi;
- saat 16.35-dən 16.45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 18.40-dan 18.45-dək, 22.45-dən 22.50-dək və noyabrın 28-də saat 04.30-dan 04.35-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 04.40-dan 04.45-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyindən Modern.az-a bildirlib ki, düşmən cavab atəşi ilə susdurulub.
***
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 29-da Azərbaycan-Ermənistan sərhəddində Monitorinq keçirilməsi planlaşdırılır. Monitorinq Azərbaycanın Qazax rayonunun Cəfərli və Ermənistanın Kayan kəndləri arasında yerləşən yoldakı təmas xəttində baş tutacaq.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun şəxsi köməkçisi Uilyam Praroy və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçiləri Xristo Xristov və Marius Puodziunas keçirəcəklər.
Monitorinq zamanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin sərhədi Azərbaycan tərəfə keçmələri nəzərdə tutulur.
Modern.az