Modern.az

Allahşükür Paşazadə İrəvana gedib

Allahşükür Paşazadə İrəvana gedib

28 Noyabr 2011, 11:34

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Ermənistana gedib.
QMİ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Allahşükür Paşazadə MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda keçiriləcək iclasına qatılacaq. Tədbirdə Moskva və bütün Rusiyanın patriarxı Kirill də iştirak edəcək.
Rus patriarxının təşəbbüsü ilə İrəvanda Azərbaycan və Ermənistan ruhani rəhbərlərinin görüşü də gözlənilir. İrəvandakı tədbirin noyabrın 29-dan 30-dək davam edəcəyi bildirilir.
Bu, şeyxülislam hacı Allahşükür Paşazadənin İrəvana ilk səfəridir.

Xatırladaq ki, 2010-cu ilin aprelində Bakıda keçirilən Ümumdünya Dinlərarası Sammittə Rusiya. Azərbaycan və Ermənistan ruhani rəhbərlərinin görüşü olmuşdu.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama