Modern.az

Nazirlikdən xəbərdarllıq – sabah hava xəstə adamlarda diskomfort hissi yaradacaq

Nazirlikdən xəbərdarllıq – sabah hava xəstə adamlarda diskomfort hissi yaradacaq

28 Noyabr 2011, 13:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a veriən  məlumata görə noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava  dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, axşamüstü havanın tədricən tutulacağı, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3, gündüz 8-11 dərəcə isti olacaq. 

Tibbi - meteoroloji proqnozlara görə noyabrın 29-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdlü, arabir güclənən gilavar küləyinin axşam güclənən xəzri küləyi ilə əvəz olunması meteohəssas insanlarda diskomfort hissi yaradacaq. Noyabrın 30-da gündüz isə hava şəraiti meteohəssas insanlar ücün əlverişli olacaq. 

Azərbaycanın rayonlarında isə noyabrın 29-da əsasən yağmursuz  hava şəraiti hökm sürəcək. Səhər və axşam duman, bəzi yerlərdə çiskin olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi yerlərdə 6 dərəcə isti olacağı gözlənilir. 
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 17-22 dərəcə şaxta təşkil edəcək.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama