Modern.az

"Azərbaycanda Soyqırımı muzeyi mütləq yaradılmalıdır" - Təklif

"Azərbaycanda Soyqırımı muzeyi mütləq yaradılmalıdır" - Təklif

28 Noyabr 2011, 14:40

Qubada 2007-ci ilin aprel ayında aşkar olunan kütləvi məzarlıqda Soyqırımı muzeyinin yaradılması məsələsi zaman-zaman gündəmə gətirilir. Bir çoxları düşünür ki, ölkəmizdə soyqırımı muzeyinin yaradılmasına böyük ehtiyac var.

Milli Məclisin 22-23-24-də baş tutan iclaslarında gələn ilin dövlət büdcəsi müzakirə olunarkən millət vəkilləri Qənirə Paşayeva və Mələhət İbrahimqızı bu məsələyə yenidən toxundular. Onlar Soyqırımı müzeyinin yaradılması üçün büdcədən vəsaitin ayrılmasını təklif etdilər.    

Millət vəkili Flora Qasımova da hesab edir ki, yeni nəslin erməni vəhşiliyindən xəbərdar olması və bununla bağlı faktları beynəlxalq aləmə çatdırmaq üçün Soyqırımı muzeyinin yaradılmasına böyük ehtiyac var. Modern.az-a açıqlamasında o deyib: “Ermənilər zaman-zaman Azərbaycan torpaqlarını zəbt etməklə “Böyük Ermənistan” dövləti yaratmaq üçün həmişə soydaşlarımıza qarşı soyqırımı, etnik təmizləmə, deportasiya siyasəti həyata keçiriblər. Onların bu siyasətini gələcək nəsilə və eyni zamanda beynəlxalq aləmə, Azərbaycana gələn hər bir turistə, ölkəizdə olan hər bir əcnəbiyə çatdırmaq üçün Soyqırım muzeyi mütləq lazımdır”.

Soyqırımı muzeyinin yaradılması təklifini dəsdəklədiyini deyən F.Qasımova qeyd edib ki, bu, eyni zamanda  tarixi yaddan çıxarmamaq üçün gərəklidir.

“Soyqırımı muzeyinin yaradılmasına ehtiyac var”  deyənlərdən biri də sabiq millət vəkili Həvva Məmmədovadır.
“Necə olur ki, ermənilər soyqırımına uğramadıqları halda 1915-ci il hadisələrinə abidə qoya və bütün dünya dövlət başcılarını aparıb o abidənin önündə baş əydirə bilirlər. Amma bizim böyük faciələrimiz baş verib - Xocalı şəhəri yerlə-yeksan edilib, Qarabağda millətimizi qırıblar, bunları dünyaya çatdırmamalıyıqmı? Azərbaycanda Soyqırımı muzeyinin yaradılmasına çox ciddi ehtiyac var”.  

Qeyd edək ki, bir müddət öncə AMEA-nın Arxeologiya və Etnoqrafiya  İnstitunun Quba Ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev Modern.az saytına açıqlamasında bildirmişdi ki, Quba soyqırımı mızarlığı məhv olma təhlükəsi ilə üz-üzədir. Və sümüklərin cürüməsi prosesi sürətlə gedir.

Prezident İlham Əliyev 2009-cu il dekabrın 30-da Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb.
Kompleksin yaradılması məqsədilə Prezidentinin Ehtiyat Fondundan Quba rayon İcra Hakimiyyətinə 1 milyon manat vəsait ayrılıb.

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama