“Qarabağ münaqişəsi dini xarakter daşımır və ona dini çalar vermək üçün edilən bütün cəhdlər səmərəsizdir. İmkan vermək olmaz ki, kimsə xalqlarımızın iman gətirdiyi iki böyük dini- İslam və xristianlığı bir-birinə qarşı qoysun”.
Modern.az bildirir ki, bu sözləri İrəvanda keçirilən MDB-nin Dinlərarası Şurasının konfransında çıxış zaman prezident Serj Sərkisyan bildirib.
Konfransın “İnsanlıq tarixinin əsasını qoymuş Nuhun torpaqlarında” adıyla keçirildiyini deyən Sərkisyan bildirib ki, dini dəyərlərin saxlanması və nəsildən–nəslə ötürülməsində bütün dini icmaların böyük əməyi olub. Qarabağ münaqişəsi ilə bağlı danışan Sərkisyan “Qarabağ problemi bizim böyük ağrımızdır” deyib.
Sərkisyan bildirib ki, münaqişənin yeganə real həll yolu onun ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həll edilməsindən keçir.
“Bu çətin problemlə bağlı danışıqlar dözüm və prinsipiallıq tələb edir. Bizim prinsipial mövqeyimizə gəlincə, hesab edirik ki, Qarabağ münaqişəsi dini xarakter daşımır”-deyə Ermənistan dövlət başçısı qeyd edib.
Çıxışının sonunda Sərkisyan tədbirdə iştirak edən Qafqaz Müsəlmanları idarəsinin sədrihacı Allahşükür Paşazadə ilə erməni katalikosu II Qaregin arasında dialoqu alqışladığını və Qarabağ münaqişəsinin həlli üçün göstərilən səylərə görə təşəkkür etdiyini bildirib.
Modern.az